“Gedən illərdi, artan isə rəqəmlərdi”
“Mən yaş baxımından irəli getmirəm, geri qayıdıram. Gedən illərdi, artan isə rəqəmlərdi. Bunun mənim ruhuma heç bir aidiyyəti yoxdu”.
Bunu “Simsar” jurnalına müsahibəsində xalq artisti Aygün Kazımova bildirib. Xalq artistinin yeni və maraqlı şəkilləri jurnalın üz qabığında dərc olunub. Həmçinin müğənni müsahibəsində bu günə qədər açmadığı sirləri jurnalın oxucuları ilə bölüşübş
Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da anadan olub. İlk dəfə professional səhnəyə 1988-ci il “Bakı Payızı” yarışmasında çıxıb. Elə ilk Qran-prini də orada qazanıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə “Asiya dausı”, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olub. 2000-ci ildə üç nominasiya üzrə “Qrand” mükafatına layiq görülüb: ilin müğənnisi; ilin konserti – “Aygün bir gün”; ilin hit mahnısı – “Gecələr”.
2001-ci ildə yenidən üç nominasiya üzrə Qrand mükafatı alıb: ilin müğənnisi; ilin hit mahnısı – “Ya i tı”; ilin konserti – “Ya devuşka vostoçnaya”.
İndiyə kimi 10-a yaxın solo konserti olub, 15 diski işıq üzü görüb. 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2009-cu ildə isə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülüb.
RAMİL
DİGƏR XƏBƏRLƏR