Binanın zirzəmisində transformatorun partlaması nəticəsində güclü yanğın baş verib
Bu gün axşam saatlarında Bakının Yasamal rayonunda binanın zirzəmisində partlayış baş verib. Simsar.az-ın məlumatına görə, hadisə Kənar Dairəvi küçəsi, 20 ünvanında yerləşən 17 mərtəbəli binada qeydə alınıb.
Məlumata görə, transformatorun partlaması nəticəsində binada güclü yanğın baş verib. Yanğın nəticəsində hər tərəfi tüstü bürüyüb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib və 4 “Təcili Tibbi Yardım” maşını cağırılıb.
Şahidlərin sözlərinə görə, bina sakinləri Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının və polislərin köməyi ilə təxliyə olunub. Tüstüdən zəhərlənənlərə təcili yardım həkimlərinin köməyi ilə ilkin yardım göstərilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən Simsar.az-a faktı təsdiqlədilər. Oradan hazırda yanğının qarşısının alındığı, ölən və xəsarət alanlar haqqında məlumatın olmadığını bildirdilər.
DİGƏR XƏBƏRLƏR