Rusiyanın Krasnoyarsk diyarında 12 yaşlı azərbaycanlı idmançı Rafael Axundov intihar edib.
Simsar.az-ın “Lifenews”a istinadən verdiyi məlumata görə, əlbəyaxa döyüş üzrə diyar çempionu qaldığı mənzilin dəhlizindəcə özünü asıb. Onun meyitini bacısı səhər tezdən məhkəməyə getməyə hazırlaşarkən aşkarlayıb. Oxuduğu sinifdə bildiriblər ki, Rafael böyük və mehriban azərbaycanlı ailəsində böyüyüb. Anası isə övladının tez-tez sinif yoldaşları ilə mübahisələrindən şikayətlənib: “Oğlum bu məktəbdə cəmi yarım ildir, oxuyurdu. Rafael başqa sinfə keçirilməsini istəyirdi. Biz təhsildə ara verilməməsi üçün dərs ilinin sonunadək gözləmək istədik. Amma çatdıra bilmədik”.
Krasnoyarsk diyarının hüquq-mühafizə orqanlarından idmançının ölümü ilə bağlı cinayət işinin qaldırılacağı bildirilib: “Bizdə olan informasiyaya əsasən, yeniyetmə intihar etmək niyyətini heç kimə deməyib. Sinif yoldaşları ilə mübahisə və münaqişələri barədə xəbərlər isə yoxlanılacaq. Hazırda baş vermiş hadisənin bütün halları araşdırılır”.
DİGƏR XƏBƏRLƏR