Elşən Həsənov ötən ilin aprelində İctimai Palatanın aksiyası ilə bağlı saxlanılıb
Bu gün Xəzər rayon Məhkəməsində İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı həbs olunan Müsavat Partiyasının üzvü Elşən Həsənovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb. Vəkil Əsabəli Mustafayevin verdiyi xəbərə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, E. Həsənov cəzasının çox hissəsini çəkdiyi və səhhətində problemlər olduğu üçün azadlığa buraxılıb.
Qeyd edək ki, Səbayel rayon Məhkəməsinin hökmü ilə Elşən Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 1 ilə endirib.
DİGƏR XƏBƏRLƏR