Baş nazir o günləri qiymətli sayır
Rəcəb Tayyib Ərdoğanın həbsxana şəkilləri ilk dəfə yayımlanıb.Simsar.az-ın məlumatına görə, şeir oxuyandan sonra həbs olunan baş nazir CNN telekanalında Mehmet Eli Biranda məhbus vaxtlarından danışıb.
Şəkillərin birində həbsə girmək üzrə olan Ərdoğan xalqı salamlayır. Digərində isə həbsxana pəncərəsindən çölə baxır.
“Həbsxanada olduğum vaxt oldu. Elə həbsxanada da yeni zamanla bağlı məqsədlərim və işlərimi davam edirdim. Orada bir yerdə, bəlkə də, gələcəyi qazandım”,-deyə baş nazir Ərdoğan qeyd edib.
O bildirib ki, insan orada həbsxanaya girdiyi ana qədər olan vaxtın və birdə gələcəyin mühasibliyini edir.
Ərdoğan sonda əlavə edib ki, həbsxanadan çıxandan sonra isə yeni dönəmə start verdik.
DİGƏR XƏBƏRLƏR