I-IV qrupların imtahan nəticələri gələn həftə açıqlanacaq - RƏSMİ
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin nəvaxt elan olunacağına aydınlıq gətirib. Simsar.az-ın məlumatına görə, DİM-də bildirilib ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftənin sonuna kimi elan olunması nəzərdə tutulur. “Nəticələr hazır olan kimi elan olunur, konkret vaxt demək mümkün deyil”, - DİM bəyan edib.