Kalininqrad ətrafında yerləşən Baltiysk şəhərində martın 1-də “Sberbank”ın yerli bölməsinin binasında partlayış olub. “Report” TASS-a istinadən xəbər verir ki, bunu bankın regional bölmənin baş ofisindən bildiriblər.
Məlumata görə, xəsarət alan olmayıb, bankdan pul itməyib. Güc strukturları hadisə ilə bağlı rəsmi açıqlama verməkdən hələlik imtina edirlər.
DİGƏR XƏBƏRLƏR