... Batırdı
günün səsini
addımların vida xoru.
Qayıtdı söz formasına
şeirlərin diktatoru.
Gözümlə yazdım
son hökmü,
nəfəs çatmadı diqtəyə.
Yığıldım öz canımdakı
soyulmuş
həssas nöqtəyə.
Yapışdım
zəif yerimin
dəmir qulpundan on əlli.
Bu kökdə
olmağım belə,
olmamağımdan önəmli.
Hisləri küncə qısnadı
sözlərin
cəza dəstəsi.
Çalındı vərəqin üstdə
barmaqlarımın bəstəsi.
Baxıb,
keçirtdim sınaqdan,
ola - ola yox olmağı.
Məşq edə - edə öyrəndim,
ayaq üstdə yıxılmağı...
DİGƏR XƏBƏRLƏR