Azərbaycan cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində ilk medalını qazanıb.
Simsar.az-ın məlumatına görə, Orxan Səfərov 60 kq çəki dərəcəsində bürünc medala sahib olub.
O, həlledici qarşılaşmada braziliyalı Erik Takabatakeni üstələyib. Səfərov sona 20 saniyə qalmış rəqibinə ipponla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə də bürünc medal görüşünə çıxacaq. O, israilli Barux Şmaylovla qarşılaşacaq.
DİGƏR XƏBƏRLƏR