“Bu ölkədə niqaba qadağa var. Hamı buna hörmət etməlidir”
Belçikada radikal sağçı partiya niqablı qadınlar barədə polisə xəbər verənlərə 250 avro mükafat verəcək. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Belçikanın radikal sağçı partiyası olan "Vlaams Belang"ın lideri Filip Devinter Tvitter sosail şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb: “Bu ölkədə niqaba qadağa var. Hamı buna hörmət etməlidir. Polis niqab taxanlara müdaxilə etmir, çünki üsyandan çəkinir. Buna görə də ictimai yerdə niqab taxan birini görüb, polisə xəbər verənlərə 250 avro pul verəcəyik”.
Partiya liderinin fikri ilə razılaşmayanlar da var. Onların fikrincə, onun azad söz demək haqqı olduğu kimi qadınların niqab taxmaq hüququ var.
Qeyd edək ki, Belçikada ötən il qəbul olunan qanuna görə üzü örtən geyimlərlə ictimai yerə getmək qadağandır. Qanuna riayət etməyənlərə 130 avro pul və 7 gün həbs cəzası verilir.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR