Uçuşlar noyabrın 27-dək davam edəcək
Bu gündən «Azərbaycan Hava Yolları» şirkəti (AZAL) Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayıb.
AZAL-dan Simsar.az-a verilən məlumata görə, noyabrın 27-dək davam edəcək uçuşlar hər həftənin II və V günləri müvafiq olaraq saat 22:00-da və 01:15-də «ATR-42» tipli təyyarələrlə həyata keçiriləcək. Hazırda hər iki istiqamətdə bir biletin minimal qiyməti 190 manat təşkil edir.
Qeyd edək ki, hazırda Təbriz-Bakı-Təbriz aviareysini İranın «Kish Air» aviaşirkəti də yerinə yetirir. Şirkət Bakıdan Təbrizə uçuşları hər həftənin VI günləri saat 14:15-də «Douglas» tipli avialaynerlə həyata keçirir. Hazırda «Kish Air» şirkətinin Bakı-Təbriz-Bakı aviareysinə biletin qiyməti 159 manata təşkil edir.
Xatırladaq ki, hazırda AZAL və «Iran Air» aviaşirkətləri Bakı-Tehran aviareysi üzrə də uçuşlar yerinə yetirir.
DİGƏR XƏBƏRLƏR