Onlardan ikisi Əsədi, biri isə Səudiyyə kralını pis vəziyyətdə qoyub
Avropada yaşayan üç ərəb qadının ikisi Suriya rejimini, biri isə Səudiyyə Ərəbistanının krallığını çətin vəziyyətə salıb. "Madam O" şifrəli qadın Suriyada general-mayor rütbəsində olan qardaşı Mənaf Tlasın Fransaya qaçmasına köməklik edib.
İngiltərənin “Sunday Times” qəzetinin xəbərinə görə, bir zamanlar Bəşər-Esma Əsəd cütlüyünün qatıldığı konfanslardakı fəal iştirakı ilə məşhurlaşan 52 yaşlı Nahed Ojjehin ötən həftə Suriyadan qaçan general Mənaf Tlasın bacısı olduğu müəyyən edilib.
33 ildir Parisdə yaşayan Ojjeh atası keçmiş müdafiə naziri Mustafa Tlası və digər qardaşı Firasın Avropaya qaçmasına köməklik göstərib. 48 yaşlı Mənaf Tlas hazırda ailəsilə bacısının Parisdəki lüks malikanəsində yaşayır.
Qeyd olunur ki, Mənaf Tlas müxalifət sıralarına qatılmaq üçün deyil, "canını qurtarmaq" üçün qaçıb.
Parisin ən gözəl qadınlarından biri olan Nahed Ojjeh 1978-ci ildə dünyanın ən böyük silah qazçaqmalçısı olan Akram Ojjeh ilə ailə həyatı quruub. 1991-ci ildə dünyasını dəyişən Akramın 1 milyard dollardan çox sərvəti xanımına qalıb. Bir ara Fransanın keçmiş naziri Roland Dumas ilə eşq yaşayan Ojjehin adı hətta qalmaqallı Dominique Strauss-Kahn kimi bir çox sosialist politoloqlarla birlikdə hallanıb.
Daha bir məlumata görə, Bəşər Əsədlə yaxın münasibətlərdə olmuş Lamis Omar adlı bir qadın da casusluğunu yarımçıq qoyub. Həmin qadınla B.Əsəd arasındakı sevgi məktubları müxalifətin əlinə keçib.
İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə Omar Əsədin maliyyə dəstəyi ilə İngiltərənin məşhur Durham Universitetində doktorluğu müdafiə edib. Omarın kabinetindəki divardan həmişə Əsədin böyük olçülü rəsmi asılıb. Universitet rəhbərliyi Əsəddən pul qəbul etdiklərini təkzib edibl. Əsadlə Lamis arasında 4 illdə 800-dən çox eşqnamə olub. Məktublarda ədəbsiz lətifələr və eşq şeirləri diqqət çəkir.
Bu arada yayılan daha bir məlumata görə, Səudiyyə Ərəbistanının "Barbie Şahzadə" ləqəbli xanədan üzvü Sara bin Talal Əbdüləziz İngiltərədən sığınacaq istəyib. “Sunday Telegraph” qəzetinə danışan şahzadənin tələbi Səudiyyə Ərəbistanında şok yaradıb. Bu, həmçinin İngiltərə ilə diplomatik gərginliyə yol aça bilər.
2007-ci ildə atası Şahzadə Talal bin Əbdüləziz əl Səid ilə yolları ayrılandan xaricdə yaşayan 38 yaşlı şahzadə anasından qalmış 500 milyon dollarlıq miras üçün qardaşına qarşı məhkəmə davası açıb. Londonun məşhur otellərinin birində dörd uşağı və iki itilə yaşayan şahzadənin təhlükəsizliyi yüksək səviyyədə qorunur. Şahzadə qəzetə açıqlamasında "Fiziki və mənəvi cəhətdən pis rəftara məruz qaldım. Səudiyyə Ərəbistanı İranın müttəfiqidir. Bu dövlətə qarşı müxalifətdəyəm"deyib.
RAMİL
DİGƏR XƏBƏRLƏR