/
Sonunda başardıq. Bir Azərbaycan klubu ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı. Tarixi uğuruğun memarı “Neftçi” oldu.
Bakıda APOEL-lə heç-heçə edən Azərbaycan çempionu Cənubi Kiprdə, Türkiyə bayrağının yandırıldığı, Ermənistan bayrağının qaldırıldığı GSP stadionunda 3:1 hesablı qələbə qazanıb, Azərbaycan futbolunun həqrəmanına çevirildi. Bununla da ilk dəfə bir klubumuz avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, Azərbaycan azarkeşinə avrokubok payızının həyacanını yaşatdı. Təbriklər “Neftçi”, təbriklər Azərbaycan.
Avropa Liqası
Play-off mərhələsi
Cavab matçı
30 avqust
APOEL (Cənubi Kipr) – Neftçi (Azərbaycan) 1:3
Qollar: Selim Benachour, 44 - Cavid İmamverdiyev, 22. Julius Vobay, 30. Flavinyo, 60.
APOEL: 22. Dionisios Xiotis, 5. Maykl Klyukovski, 7. Mario Budimir, 11. Nektarius Aleksandru (k), 18. Selim Benaşur, 21. Qustavo Manduka, 23. Eliu Pintu, 26. Nunu Moraiş, 27. Arits Borda, 28. Mariu Serjio, 46. Efstatios Aloneftis.
Ehtiyat oyunçular: 78. Urko Pardo, 10. Kostas Xaralambides, 12. Aldo Adorno, 15. Marios Antoniades, 19. Marios Elia, 31. Elder Souza, 77. Atos Solomu.
Baş məşqçi: İvan Yovanoviç.
Neftçi: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qırmızı vərəqə: Elvin Yunuszadə, 83.
Hakimlər: Said Ennjimi, Emmanuel Boisdennyen, Hüseyn Ocak, Lionel Jaffredo (Fransa).
Hakim-inspektor: Sokol Yareçi (Albaniya).
UEFA nümayəndəsi: Zoran Cvrk (Xorvatiya).
Nikosiya. GSP stadionu. Saat 22.00.
DİGƏR XƏBƏRLƏR