Gənc müğənni Anadolu Festivalında Azərbaycan və Kərkük günlərində iştirak edəcək və oxuyacaq
Aynişan Quliyeva Türkiyədə keçirilən Anadolu Festivalında Azərbaycan və Kərkük günlərində iştirak edəcək və oxuyacaq. Gənc müğənninin anası Azərbaycanın əməkdar artisti Aybəniz Həşimova bu barədə Simsar.az-a məlumat verib. A.Həşimova qeyd edib ki, Aynişanın çıxışı bir sıra kanalallarda birbaşa yayımlanacaq. Türkiyənin bir neçə telekanalında da, onun qonaq qismində çıxışları gözlənilir.
Aynişan Quliyeva eynı zamanda İslahatçı Gənclər Birliyinin mədəniyyət katibi kimi Azərbaycan gənclərinin bu gün ölkəmizin yüksək dəyərlərindən və ölkə mənafeyinə aid olan addımlarından danışacaq.
Biz də Simsar.az olaraq Aynişan xanıma uğurlu yol və müvəffəqiyyətlər arzulayırıq.
DİGƏR XƏBƏRLƏR