Bunaların idarə edilməsi - real vəziyyət və dünya təcrübəsi öyrənilib
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) sentyabrın 28-də saat 11.00-da Kaspian Plazanın konfrans zalında “Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi problemləri: yeni Mənzil Məcəlləsi kontekstində” mövzusunda dəyirmi masa keçirib.
Simsar.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev açıb. Onun sözlərinə görə, bugünkü dəyirmi masa Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə icra olunan “Mənzil təsərrüfatı idarəçiliyi mexanizmlərinin işlənilməsi və vətəndaş iştirakçılığının artırılması” layihəsi çərçivəsində keçirir. A.Mehtiyev layihənin məqsədinin Azərbaycanda dövlət orqanlarının həyata keçirdiyi mərkəzləşdirilmiş mənzil təsərrüfatı idarəçiliyindən yerli özünüidarə prinsiplərinə əsaslanan sistemə keçidin təmin olunması olduğu bildirib. O qeyd etdi ki, layihə çərçivəsində Azərbaycanda mənzil təsərrüfatı sahəsində aparılan islahatların mövcud durumu qiymətləndirilir, mənzil təsərrüfatı qanunvericiliyi araşdırılır, xarici ölkələrdə, o cümlədən keçmiş SSRİ ölkələrində bu sahədə aparılan islahatlarnı nəticələri öyrənilir.
A.Mehtiyev əlavə edib ki, layihə çərçivəsində İTYİB-in ekspertləri mənzil qanunvericiliyini araşdırıb və qanunvericilikdə Mənzil Məcəlləsinin icrasını əngəlləyən ziddiyyətləri və boşluqları aşkar etməyə çalışıb.
A.Mehtiyev sonda qeyd edib ki, istər layihə çərçivəsində, istərsə də bugünkü tədbirdə aşağıdakı sualların cavablandırılması qarşıya məqsəd qoyulub:
İTYİB-in hüquqşünas eksperti Azad TALIBOV “Çoxmənzilli binaların idarə olunması üsulları və kondominium mülkiyyəti” mövzusunda təqdimat edib. Təqdimatçı çıxışında əsasən çoxmənzilli binaların idarə edilməsinin hüquqi aspektlərinə, xüsusən MİS-lərin hüquqi statusuna toxunub: “Sovetlər məkanında mənzil-istismar sahələri çoxmənzilli binalarda yerləşən binaların kommunal xidmətləri ilə təmin olunmasında və həmçinin bu kimi xidmətlərdən istifadəyə görə həyata keçirilən ödənişlərin toplanmasında xüsusi əhəmiyyət kəsb edirdi. Mənzil-istismar sahələri müasir dövrdə də faktiki fəaliyyət göstərmələrinə baxmayaraq, onların bu kimi fəaliyyəti həyata keçirməsi üçün heç bir hüquqi baza yoxdur”.
İREX təşkilatının eksperti Ələsgər Məmmədli çıxışında Türkiyə təcrübəsinə diqqət ayırdı. Onun sözlərinə görə, qanunvericilikdə ziddiyyətlər var və qanunların icrası praktiki ehtiyaclar üzərində qrulmalıdır. Ekspert idarəçilik sahəsində yaradılacaq hüquqi şəxslərin qeydiyyatı prosesinin sadələşdirilməsi məsələsinin də vacibliyini bildirib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təmsilçisi Rövşən Ağayev bir sıra ölkələrdə, o cümlədən MDB ölkələrində mövcud olan uğurlu nümunələrdən danışıb.. Onun fikrincə, bu gün Azərbaycanda mənzil fondunun tam özəlləşdirilməməsi bir sıra problemlər yaradır. “Moldovada istisnasız olaraq mənzillərin qısa müddətdə özəllədirilməsi həyata keçirilib. Gürcüstanda mənzil fondunun 98%-i özəlləşdirilib. Azərbaycan da bu təcrübələrə diqqət yetirilməlidir”, - deyən çıxışçı ölkəmizdə çoxmənzilli binaların kondominiumlar və ya idarəedici şirkətlər tərəfindən idarə olunması mexanizminin dəstəkləyib.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Mənzil Məcəlləsində nəzərdə tutulan idarəetmə üsullarının hansının optimal olduğunun araşdırılmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, mənzil idarəçiliyi sahəsində çoxlu problemlər var və onların həlli uzun zaman tələb edir. Ona görə də bu iş dərindən təhlil olunmalı, uğurlu təcrübələr öyrənilməli və optimal variant seçilməlidir.
DİGƏR XƏBƏRLƏR