Bu sahədə bir sıra problemlər var ki, onun həlli təşkilatlanmadan keçir
Bu gün Azərbaycan Gənc Tərcüməçilər Asossasiyasının (AGTA) “Tərcümə - mədəniyyətlərarası kommunikasiya vastisəsi kimi” mövzusunda konfrans keçirib.
Simsar.az-ın məlumatına görə, AGTA-nın 1 illik fəaliyyətini əks etdirən video sujetin nümayişindən sonra Azərbaycan Dillər Universitetinin professoru Çərkəz Qurbanlı çıxış edib. Tərcüməçiliyin çətinliklərindən danışan Ç.Qurbanlı bildirib ki, tərcüməçilərin işinə ciddi yanaşmaq lazımdır: “Çox adam düşünür ki, bu, çox asan işdir. Amma əksinə, tərcüməçilik çox ağır peşədir və buna layiqincə qiymət verilməlidir”.
AGTA İdarə Heyətinin üzvü İsrafil Xakiyev isə bəzi tərcüməçilərin buraxdığı səhvlərdən şikayətlənib: “Bu sahədə bir sıra problemlər var ki, onun həlli təşkilatlanmadan keçir. Əsas problem isə odur ki, tərcüməçilərə nəzəriyyə öyrədilir, amma təcrübə çox zəifdir”.
Azərbaycanda tərcümə təhsili mövzusunda Azərbaycan Dillər Universiteti Tərcümə kafedrasının müdiri Fialə Abdullayeva çıxış edib, bu sahədəki problemlərə toxunub.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR