.
“Qəbələ” futbol klubunun məşqçilər korpusuna daha bir mütəxəssis cəlb olunub. Gürcüstanlı mütəxəssis Badri Kvaratsxeliya baş məşqçinin köməkçisi olacaq. O, artıq komandanın məşqlərində iştirak edir. Kvaratsxeliya ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Onunla yanaşı, “Qəbələ”nin məşqçilər korpusunda Mehman Baxışov, Sənan Qurbanov və Vüqar Məmmədov da yer alır.
Mütəxəssis ölkəmizdə “Kəpəz” və “Şəmkir” komandalarının heyətində çıxış etmiş və çempionatımızın bombardiri olmuşdu.
DİGƏR XƏBƏRLƏR