Türkiyə Ali Seçki Komissiyası referendumun nəticələrinin ləğvi üçün müxalifət partiyalarının müraciətini rədd edib. Qərar komissiyanın bugünki iclasında qəbul olunub. İclasda komissiyanın 10 üzvü qərarın lehinə, bir nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, Türkiyədə aprelin 16-da keçirilib konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirilib. 51,33 faiz seçici dəyişikliklərin lehinə səs verib.
DİGƏR XƏBƏRLƏR