Xalq artistinin 66 yaşı tamam olur
Təbrik gözlədiyim elə sizsiniz, Bu gün Azəbaycanın xalq artisti Zərnigar Ağakişiyevanın 66 yaşı tamam olur. Aktrisa Simsar.az-a açıqlamasında bildirib ki, doğum gününü qeyd etməyəcək: “Artıq bir neçə ildir ki, doğum günümü qeyd etmirəm. Demək olar ki, yeni evə köçəndəna ad günü keçirməmişəm. Həvəsim yoxdur. Amma vaxtında çox gur, təntənəli ad günlərim olub”.
Z. Ağakişiyeva hər il iş yoldaşlarının, dostlarının, köhnə qonşularının onu təbrik etdiyini deyib: “Hazırlaşıb təbrik etməyə gələnlər də olur, amma mənim üçün onlara qulluq etmək çətin olur, çünki təkəm. Təbrik gözlədiyim elə sizsiniz, jurnalistlər”.
Aktrisanın sözlərinə görə, gözləmədiyi adamlardan sürpriz təbriklər də eşidir.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR