Prezident Administrasiyasının rəhbərinin üç müavini oldu
Azərbaycanda Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib, Novruz Məmmədov, Zeynal Nağdəliyev və Əli Əsədov Ramiz Mehdiyevin müavinləri təyin ediliblər
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Prezidentin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, prezidentin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov, Zeynal Səfər oğlu Nağdəliyev və Əli Hidayət oğlu Əsədov Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Novruz Məmmədov və Zeynal Səfər oğlu Nağdəliyev indiyədək Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri, Əli Əsədov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıblar. Prezident Administrasiyasına akademik Ramiz Mehdiyev rəhbərlik edir.
DİGƏR XƏBƏRLƏR