.
İlk kompüter proqramının yaradıcısı Ada Lovelasın 10 Dekabr 1815-ci ildə Londonda doğulub. Şair ata və riyaziyyata düşkün anadan olan Ada Lovelase (Augusta Ada Byron), 13 yaşındaykən uçan bir maşın hazırlayıb.
17 yaşında riyaziyyat və texnologiya üzərində işə başlayıb. 1840-ci ildə Auqustus De Morqandan riyaziyyat dərsləri almağa başladı.
Mexaniki bir kompüter hazırlayan İngilis Çarles Babbaqein maşını üzərinə yazılmış bir Fransız məqaləni tərcümə edərək ingilis mühəndisə göndərdi. Bundan təsirlənən Babbaqe Ada Lovelasenin məqaləsinə öz əlavə və qeydlərini də etdi.
Ada çevirdiyi məqalənin üç qatı uzunluğuna çatan öz orijinal qeydlərini Babbaqeya göndərdi və aralarında sıx bir ünsiyyət başladı. Şahzadə Lovelase bu cür bir maşın proqramlanırsa kompleks musiqi əsərləri bəstələmək, qrafik çıxarmaq və kompleks riyazi problemləri həll etmək olacağını qeyd edir.
Onun hazırladığı proqram, kompüter tarixində konkret bir maşına tətbiq oluna ilk "kompüter proqramı" olaraq qəbul edilməkdədir. 1979-ci ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən inkişaf etdirilən məşhur proqramlaşdırma dillərindən birinə də onun şərəfinə "ADA" adı verilib.
İlk kompüter proqramçılarından olan musiqi, atlarla və hesab maşınları ilə maraqlanan Ada Aqusta Bayron 27 noyabr 1852-ci ildə 37 yaşında xərçəngdən vəfat edib.
DİGƏR XƏBƏRLƏR