Bu gün Qrim Nağıllarının 200 illiyidir. Google bu xüsusi günü unutmayıb və “Qırmızı papaq” nağılının qrafiklərindən ibarət xüsusi slayt hazırlayıb.
Qrim qardaşları -Yəquba və Vilhelm tərəfindən 1812-ci ildə nəşr olunan alman xalq nağıllar toplusudur. “Ağ gül və qızıl gül”, “Bremen musiqiçiləri; Tülkü və qazlar”, “Dovşan və kirpi”, “Dörd usta qardaş”, “Qoçaq dərzi”, “Su pəriləri”, “Rapunzel”, “Qızıl Saçlı Şeytan”, “Barmaq uşaq”, “Qurbağa şəhzadə”, “Çəkməli pişik”, “Qurd və yeddi keçi balası” kimi nağıllardan ibarət olan toplu Qrim Nağılları adı ilə məşhur olub.
Qrimm qardaşlar məmur bir ailədə dünyaya gəliblər. Onlar kənd-kənd gəzib köhnə Alman şeirlərini, əfsanələrini yığıb, ədəbi bir üslubla yenidən yazaraq 1812-ci ildə “Kinder und Hausmarchen” adı altında nəşr ediblər. Bu gün həmin nağıllar demək olar ki, dünyanın hər yerində tanınır və sevilir.
İlknur Salamova
DİGƏR XƏBƏRLƏR