.
Bir saat sonra sənin doğum günündür, unudulmaz Məmməd Əmin Rəsulzadə! Bir saat öncə təbrik məsajı yazmaqla Səni hər kəsdən öncə təbrik etmək istədim.
Azərbaycan Müstəqilliyini qazandıqdan sonra ilk dəfə Türkiyəyə gedəndə ilk ziyarət etmək istədiyim yerlərdən biri onun qəbri idi.
(Atatürk, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağayevi və bir sıra böyün insanları da ziyarət etmək arzum idi.) Bakıdan onun üçün apardığım gülləri qəbrinin üstünə düzməyə başladım, dayanmadan ağlayırdım sanki ona həsrəti ilə can verdiyi Azərbaycanın yağmurunu hədiyyə aparmışdlm gözlərimdə.. Özümlə apardığım Azərbaycan bayrağını qəbrinin üstünə qoydum, qəbirdaşını silib, ətrafını əlimlə təmizləməyə başladım, ruhuna dualar oxudum.. Uşaq kimi olmuşdum istıəyirdim ruhu gəldiyimi bilsin, son nəfəsində belə söylədiyi Azərbaycandan bir övladının gəldiyini hiss etsin. Səni unutmadıq dedim. Azərbaycan artıq müstəqildir dedim. Sən haqlı oldun dedim. Bir dəfə yüksələn bayraq bir daha enməz demişdin. O bayraq yenidən yüksəldi və bir daha enməyəcək dedim.. İkimiz idik sadəcə.. O və mən.. Azərbaycandan danışırdım ona. Sevgimi, sayğımı söyləyirdim. Allah mənə jurnalist kimi Azərbaycanın Dövlət Arxivində Cümhuriyyət dönəmini araşdıran ilk şəxslərdən biri olma xoşbəxtliyini nəsib etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sənədli film hazırlayırdım. Bizim bütün Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətimizi göstərən İstiqlal Bəyannaməsini çəkəndə sevincdən, qürurdan o qədər ağlamışdım ki.. Bu şərəfli tarixi bizə yaşadanların qarşısında baş əymişdim və ölənə qədər də əyəcəm! Sonra arxivdə o dövrü daha geniş incələməyə başladım və Onları, Cümhuriyyət qurucularını daha yaxından tanıdım. Onların böyüklüyü, millət sevgisi qarşısında baş əydim. Gözəl bir film alınmışdı..
Bu gün sənin doğum günündür, unudulmaz Məmməd Əmin Rəsulzadə! Doğum gününün mübarək! Müstəqil Azərbaycanın hər bir vətəndaşı səni təbrik edir! Hər zaman xatırlanacaq, sevgi və sayğı ilə yad ediləcəksən! Doğum günün mübarək!
DİGƏR XƏBƏRLƏR