Müğənni türk opera sənətçisi Oya Ergünlə konsertə hazırlaşır
Müğənni Coşqun Viləş ilk konsertinə hazırlaşır. Amma onun konserti solo yox, Türkiyənin tanınmış opera ifaçısı Oya Ergünlə birgə olacaq. Bu haqda simsar.az saytına danışan Coşqun bildirdi ki, konsert Türkiyənin Azərbaycanda olan səfirliyinin təşəbbüsü ilə həyata keçəcək: “Səfirlikdən zəng edib Oya xanımla birgə konsert verməyim üçün təklif etdilər. Məmnuniyyətlə qəbul etdim. Konsertimiz martın 7-si Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşəcək”. Müğənninin bildiridiyinə görə 1 saatlıq konsert proqramına tamaşaçı qismində dövlət məmurları da dəvət ediləcəklər. Bu bir saat ərzində Coşqun O. Ergünlə duet oxuyacaq. Duetdə həm yerli, həm də türk mahnılar səslənəcək. Bundan başqa, hər iki sənətçi öz repertuarlarından da solo parçalar səsləndirəcəklər. Ən maraqlısı isə odur ki, Coşqun səhnədə ilk dəfə özünü vokal ifaçısı kimi sınayacaq. O, qonaq sənətçi ilə məşhur italyan əsərlərindən birini duet şəklində ifa edəcək.
Azər
DİGƏR XƏBƏRLƏR