Müğənni özünə bəraət qazandırdı
Əvvəl “Ədalət Şükürovdan sonra heç kimlə duet oxumayacağam” deyən müğənni Ayan deyəsən vədinə “xilaf” çıxıb. Nədən ki, o, bu yaxınlarda həmkarı Ayaz Qasımovla duet yazdırıb. Sözünə əməl etməyən Ayan bunun səbəbini simsar.az saytına açıqladı: “Əslində vədimə xilaf çıxmamışam. Ayazla oxuduğum duet yaradıcılığımda hansısa yenilik etmək üçün deyil. Bizim ifa etdiyimiz mahnı İTV-də yayımlanan “Ötən əsrin nəğmələri” adlı proqramda səslənməsi üçün yazdırılıb. Sadəcə bu səbəbdən Ayazla duet oxudum”. Ayaza hörməti olduğunu deyən müğənni ifa etdikləri “Yalvarıram” (söz: Sabir Rüstəmxanlı, mus: Gülər Həsənli) adlı mahnı üçün konkret proyekt hazırlamağı planlaşdırmır. Fəqət, əgər digər verilişlərdə bərabər qonaq olarlarsa o mahnını səsləndirə biləcəklərini qeyd edir. Qeyd edək ki, sözügedən mahnı illər öncə xalq artisti Nisə Qasımovanın solo, digər xalq artisti Brilliant Sasaşova ilə Samir Bağırovun duet ifasında səslənib
Azər
DİGƏR XƏBƏRLƏR