Hüseyin Abdullayev nəticəni bəyənib
İki gün əvvəl saytımızda xəbər verdiyimiz “Şeron” qrupunun söz və musiqisi Hüseyin Abdullayevə məxsus “Bu da keçər” mahnısına çəkdirdiyi klip artıq hazırdır. Bu haqda yenə də qrupun üzvü Sənan Əliyev ilk olaraq simsar.az-a məlumat verdi. Onun bildirdiyinə görə həm klipin çəkilişi, həm də montaj işində mahnının müəllifi H. Abdullayev özü şəxsən iştirak edib. Alınan nəticə ürəyincə olduqdan sonra müəllif klipin təqdim olunmasına razılıq verib.
Qey edək ki, klip türk rejissoru Kamal tərəfindən İstanbulda böyük konsert salonlarının birində 72 nəfərlik musiqiçi heyətlə birgə çəkilib. Hətta sözügedən mahnı həmin musiqiçilər tərəfindən nota köçürülüb.
Azər
DİGƏR XƏBƏRLƏR