/
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş məktəblələrin inşa müsabiqəsinin qaliblərinin mükakafatlandırılması münasibətilə Gülüstan sarayında tədbir keçrilir. Simsar.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün çox əlamətdar gündür. “ Artıq 7-ci dəfədir Təhsil Nazirliyi tərəfindən bu müsabiqə keçirilir. Bu il Heydər Əliyevin 90 illiyinə həsr olunmuş inşa müsabiqəsində 85 şagirdin müfafatlandırılması qərara alınıb. Bunlardan 8 şagird birinci, 7 şagird ikinci, 16 şagird üçüncü yerə layiq görülüb. 54 şagird isə həvəsləndirici yerə laiq görülüb. Bu tədbirin təşkilində Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqı Konfendrasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təşəkkür edirəm”.
Qeyd edək ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Yeni Azərbaycan Partiyasının icra katibi sədr müavini, Milli Məclisin üzvü Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, dövlət nümayəndələri, millət vəkilləri, rektorlar, müəllimlər və inşa müsabiqəsinin qalibləri iştirak edirlər.
Günel Səfərova
DİGƏR XƏBƏRLƏR