“Orada prinsipial bir şey olmayıb. “Heyvan” sözü işlənib”.
ANS TV-də “Elgizli axşamlar” verlişi zamanı meyxana deyişməsində 14 yaşlı qızın Samirə Yusifqızına qarşı söyüş söyməsi videosu sosial şəbəkələrdə geniş əks səda doğurub. Verlişdə belə bir hadisənin baş verməsi tamaşaçıların narazılığına səbəb olub. Bununla bağlı verlişin aparıcısı Elgizin fikirlərini öyrəndik. Simsar.az-a açıqlamasında Elgiz bəy bunun söyüş deyil, təhqir olduğunu bildirdi: “Xanım “heyvan” sözünü işlətdi, biz də xanımın özünə, onun nənəsinə aydınlaşdırdıq ki, efirdə özündən böyüyə belə təhqiramiz sözlər istifadə etmək ayıb bir şeydi. Onlar da Samirə xanımdan üzr istədilər, barışmış şəkildə çox mehriban halda verilişi tərk etdilər. Biz bir daha verilişdə bunu göstərdik ki, tək meyxanaçılar yox, ümumiyyətlə, ictimai yerdə, mətbuatda, televiziyada heç kimin ixtiyarı yoxdur ki, başqa kiminsə şəxsinə təhqiramiz söz işlətsin. Orada prinsipal bir şey olmayıb. “Heyvan” sözü işlənib. “Sən gəlmisən bura bir heyvan kimi” – frazası olub. Biz də o sözü təhqir kimi qəbul edib, efirə verməmişik”.
Turanə Zeynallı
DİGƏR XƏBƏRLƏR