ю
Sosioloq Cavid İmamoğlu belə hesab edir ki, cəmiyyətdə insanlar arasında inam və etibar azadlıqca təsdiqedici nələrəsə ehtiyac duyulur. “Məsələn, arvadın ərinə ünvanladığı – “işdən çıxıb birbaşa evə gələcəksən?” sualına ər – “hə, evə geləcəm” deməsinin ardından xanımın – “De vallah” deməsi əslində qarşılıqlı inam və etibarın zəifləməsindən irəli gəlir.
Bu kimi hallar bu gün cəmiyyətimizdə çox yaşanır. Cəmiyyətdə mənəvi və psixoloji gərilmə olduqda, biz insan münasibətlərində real insan davranışından çox andların içildiyinin şahidi oluruq. Xüsusilə yalan and insan münasibətlərində ən bağışlanmaz tərəfdir.
Daim sosial problemlər içərisində çabalayan, maddi sıxıntılar çəkən insanlar arasında da bu cür andların çoxaldığını müşahidə etmək olar. Digər tərəfdən xidmət göstərən insanlar, xüsusilə ustalar daha çox and içməklə münasibətləri tənzimləmək qərarına düşürlər. Bir növ and insanın düşdüyü gündəlik iqtisadi durumla da bağlıdır. O insanların ki, həyatları uğurlu davam edir və ciddi problemləri yoxdur, onlar tez-tez and içmirlər. Digər tərəfdən, cəmiyyətdaxili münasibətlərdə etik davranışa fikr verən insanlar arasında da and içmək halına rast gəlinmir. Bütün bunları araşdırdıqda, tez-tez and içməyi birbaşa insan mənəviyyatı və düşdüyü maddi-iqtisadi durum ilə əlaqəndirmək mümkündür”.
Psixoloq Dəyanət Rzayev isə bildirir ki, bu gün insanlar arasında and içmək adi bir hal alıb. “Hər iki nəfərdən biri öz fikirini sübüt etmək üçün and içir. Məncə bu vərdişdi. İnsanlar dillərini anda öyrədiblər. Psixoloji cəhətdən zəif insanlar daha çox and içirlər. Onlar öz sözlərini sübüt etməyə çətinlik çəkdikləri üçün andla sözlərini doğrulamaq istəyirlər. Artıq cəmiyyət and içən insanlara inanmır. Məncə xüsusi hallarda and içmək olar”.
Hacı Şahin Həsənli isə məsələyə dini nöqteyi-nəzərdən yanaşır. “İnsan tələsərək və nə dediyinin vərqinə varmadan Uca Allahın adını dilinə gətirərək yalandan and içərək yaradana qarşı müharibəyə qalxmış olur. İmam Sadiq (ə) belə buyurmuşdur: “Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır”.
Pak və müqəddəs Allaha and içmək qadağandır. Bu barədə Quran bizlərə açıqlama göstərir: “Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir”.
Yalandan and içmək olmaz. Çalışmaq lazımdır yalan and içməkdən insan çəkinsin. Bəziləri yalandan and içməyə vərdiş edib və sanki onu kimsə asacaq. Bu səbəbdən tez-tez and içməyə adət etmişdir. Uşaqların, körpələrin böyüklərdən öyrəndiyi səhv fikirlərdən də biri məhz budur. Onların da Allaha and içərək danışmaları, çox sıxıcı və ürək ağrıdandır. Allah-taala buyurub: “Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm. Hətta məcburi olaraq yalandan and içmək özündən sonra qalan övladlarınıza yoxsulluq gətirər”.
Aynur Byaramova
DİGƏR XƏBƏRLƏR