.
Dini mahnıların mahir ifaçısı Samir Salamın bu yaxınlarda yerli kanalların birindəki çıxışı səs-küyə səbəb olub. Müğənninin digər dini mahnı ifa edən qrupları tənqid etməsi, onları inkişafsızlıqda qınaması əks tərəflərin xoşuna gəlməyib. Bu səbəbdən ona qarşı etiraz edənlər olub. Müğənni yaranmış xoşagəlməz hala belə münasibət bildirib: “Bizdə fəaliyyət göstərən dini qruplar tərəfindənifa edilən ilahi mahnıların mövzuları eynidir. Demək olar ki, əksəriyyəti eyni mahnıları oxuyur. Buna misal olaraq söylədim ki, ilahi mahnıların sözləri yalnız "Əli" adından ibarət olmamalıdır. Məncə ilahi mahnıların mövzuları müxtəlif olmalıdır”... Müğənni bildiri ki, onu gözdən salmağa çalışanlar var. “Guya mən İmam Əlidən oxumağın əleyhinəyəm. Belə deməklə guya məni dindar kütlənin gözündən salmaq istəyirlər. Mən özüm də İmam Əlidən oxuyuram. Amma öz mahnımı oxuyuram. Öz repertuarım var və bütün repertuarım İmam Əlidən ibarət deyil. “Allah”, “Peyğəmbər”, “Xanım Zəhra”, “İmam Hüseyn”, “Ana”, “Vətən”, “Körpələr”, “Ramazan” və bir çox dini və təsəvvüf mahnılarım var. Bəzi şayəpərəstlər artıq yaxınlarıma zənglər edir ki, bəs Samir efirdə dedi ki, İmam Əli (ə)-dan oxumayın. Sözüm həmin insanlaradır. İmam Hüseyn (ə) demişkən : İmanınız yoxdursa, heç olmasa kişiliyiniz olsun!!! Müğənninin digər dini mahnı ifa edən qrupları tənqid etməsi, onları inkişafsızlıqda qınaması əks tərəflərin xoşuna gəlməyib. Bu səbəbdən ona qarşı etiraz edənlər olub. M
Azər
DİGƏR XƏBƏRLƏR