.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçid ballarını aşağı endirib. TQDK-nın açıqlamasına görə, birinci qrupda keçid balı 250-dən 150-yə, üçüncü qrupda isə 300-dən 250-yə endirilib.
Qəbul zamanı keçid ballarının aşağı endirilməsinin müsbət və mənfi tərəfləri barədə Simsar.az təhsil ekspertlərinin fikirlərini öyrənib.
“Düşünürəm ki, qəbul olanların sayının azalması sonradan universitetlərdə problem yaranmasına və müəllimlərin istismarına səbəb ola bilər. Belə halların qarşısını almaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi balları aşağı salmaqla bunu tənzimləyir. Qoyulmuş planın yerinə yetirilməsinə çalışır, əlbəttə bu, təhsildə normal hal deyil. Universitetlər özləri qəbulu həyata keçirsələr plan yerlərini özləri doldursalar, özləri tənzimləməklə öz işlərini planlı şəkildə qura bilərlər”. Bu fikirləri təhsil eksperti Məhərrəm Zülfüqarlı deyir. Ekspert deyir ki, Azərbaycanda təhsili universitet, qəbulu isə TQDK həyata keçirdiyindən, nəticədə universitetlər TQDK-dan asılı vəziyyətə düşürlər. Bu qədər güzəşt olmasına baxmaryaraq çox qəribə haldır ki, abituriyentlərin nəticələri çox zəifdi. Xarici ölkələrin universitetlərində azad rəqabət olduğuna görə, orda tələbə problemi yoxdur. Onların universitetləri yüksək maliyyə imkanlarına malikdir. Xaricdə tələbə qəbulunu universitet həyata keçirir. Bizdə qəbul TQDK-dan asılıdır. Qəbulun nəticələri isə birbaşa TQDK-ya göndərilir və ümumi balın aşağı endirilib, yuxarı qaldırılması onların səlahiyyətlərində olur. Bu, birbaşa dövlət tərəfindən tənzimləndiyinə görə plan yerlərini doldurmaq xatirinə ümumi ballar aşağı salınır. Nəticələrin aşağı olmasının bir səbəbi isə yeni Təhsil Nazirliyininin buraxılış imtahanı öncəsi çıxardığı qərarla bağlıdır. Qərara görə “2” alan tələbələrə də attestat verilməlidir. “İndi abituriyent bilir ki, “2” alsa belə attestdan məhrum olmayacaq. Rəqabət azalır uşaqların təhsilə marağı azalır. Bu isə həmin keyfiyyətə mənfi təsir edir. Yeni nazirin “2” alanlar da attesat almalıdır” ideyası əlbəttə ki, təhsilin keyfiyyətini aşağı salır.
Təhsil eksperti Etibar Əliyev isə nəticələrin bu cür olmasını acınacaqlı hal kimi dəyərləndirib. Bu, sübut edir ki, texniki və təbiət elmlərinin tədris səviyyəsi humanitar sahə ilə müqayisədə aşağıdır. Texnki sahəni seçən abituriyentlərin bilik səviyyəsi humanitar sahəni seçənlərin bilik səviyyəsindən olduqca aşağıdır. Bu bir daha təsdiqlədi ki, ölkədə humanitarlaşma gedir. TQDK balları aşağı salmağa məcburdu. Nazirlər Kabineti hər bir ali məktəbdə ixtisaslar üzrə qəbul planlarını yerlərini təsdiqləyib. Ali məktəb rəhbərlərinin istəkləri odur ki, “150” bal belə olsa, onların qəbul yerləri dolsun. Boş qalan yerləri doldurmaq üçün TQDK bunu etməli idi. Ümumilikdə isə TQDK-nın balları kəskin şəkildə o qədər aşağı salması qənaətbəxş hal hesab oluna bilməz. Çünki 150 bal toplayan abituriyentlər klassik qiymətləndirmədə “1” qiyməti alanlardır. Bu onların ali məktəbdə peşəkar mütəxəssis kimi yetişmələrinə böyük xələl gətirəcək. Məqsəd yerlərin dolmasıdır. Burda keyfiyyətə yox kəmiyyətə fikir verilir. Əsas odur ki boş qalmış plan yerləri dolsun”.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR