İlahə Həşimli: “mənim yoldaşım nə narkomandı, nə də ki bizim evimizdə silah olub”
Pərviz Həşimlinin həyət yoldaşı İlahə Həşimli Simsar.az-a açıqlamasında bildirib ki, “MTN bizim evimizdə iki dəfə axtarış aparıblar. Birinci axtarışda heç bir şey tapa bilmədilər. İkinci axtarış zamanı isə qəribə hadisə oldu. Biz qapını bağlamışdıq. İ.Həşimli MTN əməkdaşlarının evdə divanın altından bir "Makarov" tipli tapança "aşkar" etdiyini deyib. Ancaq evə gələndə gördük ki, qapı açıqdı. Bizim evdə 5 yaşlı uşağımız var . Biz hansı məntiqlə 5 yaşlı uşaq olan evdə silah gəzdirərik. Həm də ki, bu silah divanın altından çıxsın… Ən azı evdə silah saxlasaq biz niyə divanın altına qoyuruq?! Onlar niyə silahı başqa yerə qoymayıb, məhz elə qapının girəcəyinə, divanın altında qoyublar?!
Bizim həyətimizdə yeni tikilinin altında 30 bomba yerləşdirilib. Amma bunların hamısı bizə qarşı hazırlanmış təxribatdır. Seçkiqabağı prossesə Pərvizin yazılarının təsiri olacağından, ümumilikdə Pərvizdən qorxdular. Bunun üçün də bizə bu şər-böhtan atdılar. Onların məqsədi budur ki, Pərvizi içəri salsınlar”.
Pərvizin həyat yoldaşı həmçinin bunları da əlavə edib: “Pərviz jurnalistlərə də deyib ki, bir neçə gün əvvəl ona televiziyaya çıxaraq AXCP sədri Əli Kərimliyə qarşı çıxış etmək təklifi edilib. Bunun əvəzində Pərvizə şirnikləndirici vədlər də verilib. Lakin o, bundan imtina edib və mənə "başıma bir iş gəlsə, MTN-nin İlqar adlı yüksək rütbəli əməkdaşından gələcək" dedi.
İ.Həşimova evdə axtarış aparıldığını, evin təhlükəsizlik kamerasının yaddaş kartının götürüldüyünü, həmçinin Pərvizə məxsus kompüterin aparıldığını bildirib. MTN əməkdaşları P.Həşimlinin toyda AXCP sədri ilə çəkildiyi şəklini də aparıb: "Onlar deyib ki, bu şəkil Pərviz Həşimlinin müxalifətə xidmət etdiyini sübut edir. Mən də bildirdim ki, Pərviz AXCP üzvüdür. Bu hər kəsə məlumdur. Məlum olmayan isə budur ki, Azərbaycanda müxalif düşüncədə olmaq olmaz. Müxalif partiyada olmaq cinayətdirmi?! Pərvizə qarşı o qədər sərt münasibətlər olub. Dəfələrlə yanımda olub ki, zəng vurub təhdid edirdilər. Bizi də izləyirdilər. Evimizə gələn insanlar və maşınlar da təqib olunurdu. Pərvizin özü dəfələrlə qeyd edib ki, mənim başıma bir iş gəlsə səbəbkar o şəxsdir. Elə dediyi də düz çıxdı. Mənim yoldaşım narkoman deyil. Evimizdə də heç bir silah-sursat saxlamırıq. Hazırda vəkil tutmuşuq və vəkil Pərvizin yanındadır”.
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR