Ermənistan parlamentində yanğın olub. “Sputnik Armeniya”ya xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Hadisə aprelin 4-də gecə saatlarında qanunverici orqanın birinci korpusunda baş verib. Yanğın nəticəsində parlamentin “Binaya xidmət və təmir” bölməsində yerləşən kabinetin biri tamamilə yanıb. Qeyd edək ki, bu ilin yanvarın 29-da Ermənistan Nazirlər Kabinetinin binasında da yanğın baş vermişdi.(report)
DİGƏR XƏBƏRLƏR