Türkel Kərimlinin apelyasiyası təmin edilməyib.
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda Türkel Kərimlinin apelyasiya şikayəti barədə qərar qəbul edilib. Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, məhkəmə T. Kərimlinin apelyasiya şikayətini təmin etməyib. T. Kərimli ilə birlikdə həbs olunan Ülvi Nuriyev və Coşqun Salahovun da apelyasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onunla birgə saxlanılan iki nəfərin – Ülvi Nuriyev və Coşqun Salahovun məhkəməsi keçirilib. Qərara əsasən, T. Kərimli və C. Salahov 25 sutka, Ü. Nuriyev isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum ediliblər.
Turanə İbrahimi
DİGƏR XƏBƏRLƏR