Simsar.az xəbər verir ki, bu il ərzində Naxçıvan ərazisində arxeoloji araşdırma aparan IV ekspedisiya da uğurlu nəticələr əldə edib. 2009-cu ildə ərazidə ilkin arxeoloji kəşfiyyat işləri aparılıb. Bu il həyata keçirilən qazıntı işləri zamanı Eneolit dövrünə aid xarakterik keramika nümunələri, Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, məişət və bəzək əşyaları aşkara çıxarılıb. Tədqiqatların sonunda aşkara çıxarılan gil fiqur isə xüsusilə maraq doğurur. İlkin ehtimallara görə, bunun inanc sistemi ilə bağlı olduğu ehtimal edilir.
Turanə İbrahimi
DİGƏR XƏBƏRLƏR