“Hayan” adlı qasırğa Filippinin mərkəzini tanınmaz hala salıb. Simsar.az Reuters-ə istinadən xəbər verir ki, qasırğa Samar və Leyte adalarında daha çox öz təsirini göstərib. Küləyin sürəti saniyədə 76-105 metr təşkil edib. Dalğaların hündürlüyü isə 4-5 metrə qədər çatıb. 125 min nəfər təhlükəli zonadan evakuasiya olunub. Sığınacaqlarda olan insanların ümumi sayı 1 milyon nəfərdir. Qasırğadan zərər çəkənlərin sayı hələ ki, bilinmir.
Qasırğa ilə bağlı Filippində məktəblər, ofislər, mağazalar bağlanıb. 200-dən artıq aviareys təxirə salınıb.
Qeyd edək ki, “Hayan” tayfunu sentyabrda ərazidə olan “Usaqi” tayfunundan qat-qat güclüdür. İl ərzində Filippində baş verən qasırğaların sayı 20-yə çatır. 2012-ci ildə baş verən “Bofa” qasırğası minlərlə insanın ölümünə səbəb olmuşdu.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR