Hazırda Məşədi Dadaş məscidində Aşura gününə özəl keçirilən “Şamu-Qəriban” mərasimində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov da iştirak edir.
Simsar.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Aşura günü Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması, həmçinin Yasamal rayonu “Xanım Zəhra” və Nəsimi rayonu “Məşədi Dadaş” dini icmalarını ziyarət edib. Bakının ən izdihamı məscidlərindən olan “Məşədi Dadaş” məscidində Şamu-Qəriban mərasimi zamanı isə Məşədi Dadaş məscidinin imam camaatı və “Mənəvi Dünya” ictimai birliyinin sədri Hacı Şahin Həsənli ilə birgə gecədə danışan İskəndərov bütün müsəlman ümmətinə baş sağlığı verib. İcma üzvləri ilə qısa söhbəti zamanı DQİDK sədri Aşura mərasimi ilə bağlı bir sıra məsələlərə toxunub. Rəsmi, Məhərrəm ayının birinci gecəsindən, sonuncu gecəsinə qədər çox dəyərli ay hesab olunduğunu, bu ayda əməllərin digər aylarla müqayisədə daha fəzilətli olduğunu vurğulayıb. Əsirlərdən bəri xalqımızın, bu faciəni unutmadığını və gələcək nəsillərə çatdırdığını qeyd edən natiq müasir dövrümüzün yezidlərindən də danışıb:
“Separatçı ermənilər Azərbaycanın 20% torpaqlarını işğal edib. Kərbəlada cavanlara, yaşlılara, uşaqlara qarşı törədilən faciəni müasir dövrümüzdə erməni işğalçıları Xocalıda törədiblər. Onlar Beynəlxalq ictimaiyyətin təkidlərinə baxmayaraq zəbt olunmuş ərazilərdən çıxmamaqda israr edirlər. Mən deyərdim ki, onlar bu dövrün yezidləridir. Yezidlik bir xislətdir, bu həmişə bəzilərində olacaq. Bir gün bu faciəni işğal altındakı torpaqlarımızda da yad edəcəyimizə tam inanıram”.
Qeyd edək ki, DQİDK sədri artıq ikinci ildir ki, Aşura günü bir sıra icmalara baş çəkərək mərasimlərdə iştirak edən dindarlarla birbaşa ünsiyyət yaradır. İskəndərovun məhz sözügedən icmaları ziyarət etməsinin xüsusi səbəbləri var. Belə ki, bu icmalarda Aşura mərasimləri milli-mənəvi dəyərlərə uyğun olaraq, xürafat elementlərinfən istifadə etmədən keçirilir. Məhz DQİDK mənsublarının xüsusi diqqət yetirdikləri məsələr sırasında da başyarma, zəncirvurma kimi xurafat elementlərinin Aşura mərasimlərində tətbiq edilməməsi, eyni zamanda mərasimlərdə deyilən mərsiyələrin daha çox klassik Azərbaycan ədəbiyyatına mənsub olması, həmçinin qanvermə aksiyalarında fəal iştirak amilləri olub.
Turanə İbrahimi
Fotolar İslam.az-a məxsusdur.
DİGƏR XƏBƏRLƏR