Tüfeyli həyat tərzi sürən şəxs dostunu,spirtli içki üstündə döyə-döyə öldürüb.
Hadisə Bakıda Səbai rayonu Bayıl qəsəbəsində baş verib. Tüfeyli həyat tərzi sürən 43 yaşlı İlqar Hüseynov dostu və bir yerdə sahibsiz yarımtiklidə qaldığı 52 yaşlı Nəriman Cabbarovu döyüb.
Hadisə axşam olsada İlqar Hüseynov, ağır xəsarət alan Nəriman Cabbarovu səhər xəstəxanaya aparıb. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə, hadisədən sonra Səbai polisi tərəfindən saxlanılaraq istintaqa cəlb edilən İlqar Hüseynov ifadəsində deyib.
Fakta görə Səbail prokurorluğunda İlqar Hüseynov barəsində cinayət işi başlanıb,araşdırmalar davam edir.
Paytaxtın Yasamal rayonunda isə 16 yaşlı məktəbli özündən iki yaş kiçik məktəblini bıçaqlayıb.Hər iki şəxs azyaşlı olduğundan onların nə adını çəkirik, nədəki üzlərini göstəririrk
Qeyd edək ki, hadisə dərs vaxtı yox, axşam saatlarında olub. Uşaqlar isə məcburi köçkünlərə məxsus məktəbdə oxuyur.İndi polis məktəblilərin arasındakı hadisənin təfərrüatını araşdırır
DİGƏR XƏBƏRLƏR