Muasir Musavat Partiyası (MMP) Məmməd Əmin Rəsulzadə ilə bağlı toplaşdı
Partiyanın qərargahında M.Ə.Rəsulzadənin 130 illik yubleyinin qeyd edilməsi toplantı keçirilib. Simsar.az xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu M.Ə.Rəsulzadənin 130 illik yubleyinin qeyd edilməsi olub. İdarə Heyəti silsilə tədbirlərin həyata keçirilməsi ilə bağlı qərar qəbul edib. Qərara alınıb ki, MMP-nin bütün rayon təşkilatlarında bu tədbirin təşkili xüsusi nəzarətə götürülsün. Bunun üçün İşçi Qrupu da yaradılıb sədri Hafiz Hacıyev M.Ə.Rəsulzadənin həyatı, onun miras qoyduğu idealogiya haqqında söhbət açıb: “1911-ci ildə əsası qoyulmuş Musavat partiyasının yaradıcısı M.Ə.Rəsulzadənin 130-cu ildönümünü qeyd etmək bizim börcumuzdur. Musavatçılıq bir idealogiyadır və bu idealogiyanın ən layiqli davamçıları bizik – Muasir Musavatçılarıq deyib. Dövlətçiliyin, türkçülüyün, millətçiliyin və demokratiyanın cəm olunduğu bir idealogiyaya satqın insanlar varis ola bilməz!!!
Qəmbərov İsa və onun ətrafına yığılan bir qrup siyasətbazlar bu adın çətiri altda alver etməyə çalışırlar. Bu, M.Ə.Rəsulzadəyə və onun ətrafında milli mücadilə aparmış insanların ruhuna hörmətsizlik və sayqısızlıqdır. Həm ideologiya baxımından , həm rəhbər baxımından, həm də qarşıya qoyulan məqsəd baxımından Rəsulzadənin yaratdığı Musavat Azərbaycanın bütövlüyünü əsas götürüb, milli kimliyinin qorunmasını əsas tutaraq milli dəyərlər uğrunda mübarizələrə qatılıb. Rəhbərindən tutmuş adi üzvünə kimi hər kəs milli mücadilə əsgəri olub. Qəmbərov İsanın yaratdığı Musavat isə yarandığı gündən ancaq şəxs ətrafında birləşib, Azərbaycanın milli dəyərlərinə zərbə vurmaqla məşğuldur. Demokratiya pərdəsi altında parçalamalar aparan Qəmbərov İsa Musavatı yaradanda elə ilk fəaliyyətlərini öz rəhbərinə - Rəsulzadə yolunun davamçısı olan Əbülfəz Elçibəyə xəyanətlə başlayıb. Elçibəyə xəyanət etmək Musavtçılığa xəyanət etməkdir. Göründüyü kimi Musavatçılıq ideologiyasına sadiq olan və onun laiqli davamçıları biz – Muasir Musavatçılardır. Hesab edirəm ki biz bu misiyanı daha şərəflə daşıyırıq. Onun üçün M.Ə.Rəsulzadənin 130 illik yubleyinə ciddi hazırlaşmalıyıq.
Toplantıda ölkə prezidentinin M.Ə.Rəsulzadənin 130 illik yubleyinin dövlət tərəfindən keçirilməsi haqqında verdiyi sərəncam alqışlanıb.
DİGƏR XƏBƏRLƏR