“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2011-ci il tarixli 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Əsasnaməsini”nin 5.3-cü bəndinə əsasən dövlət ali təhsil müəssisəsinin rektoru ölkə Prezidenti tərəfindən təyin olunur”. Bu barədə Simsar.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Simsar.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Gəncə Dövlət Universitetinə yeni rektor təyin olunanadək həmin vəzifənin icrası universitetin prorektoru Yusibov Yusif Əmiralı oğluna həvalə olunub.
Xatırladaq ki, dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR