Azərbaycan çempionu “Qarabağ” üç futbolçu ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb. Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
DİGƏR XƏBƏRLƏR