Məşhur müğənninin yeni albomu “Shakira” adı alacaq. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, albomun çıxış tarixi 2014-cü il martın 25-ə nəzərdə tutulub. Müğənnin sözlərinə görə albomda həm rok, həm folk, həm reqqi, həmdə rəqs üçün mahnılar olacaq. Kolumbiyalı gözəlçənin ən son məşhurlaşmış layihəsindən biri də Barbadoslu müğənni Rihanna ilə birlikdə oxuduğu “Can’t Remember to Forget You” mahnısı idi. Yanvarın 13-də təqdim olunan mahnı çox tez məşhurlaşıb.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR