Bu dəqiqələrdə Türkiyədə məhkəmə 17 dekabr rüşvət və korrupsiya əməliyyatında həbs edilən İran əsilli azərbaycanlı milyarder Rza Zərrabın və üç nazir oğlunun azadlığa buraxılması barədə qərar çıxarıb. Simsar.az Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, keçmiş daxili işlər naziri Muammer Gülerin oğlu Barış Gülər, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və Rza Zərrab da daxil olmaqla 17 dekabr əməliyyatında tutulanlardan 5-i barədə həbsdən buraxılma qərarı verilib. Bundan əvvəl məhkəmə 17 dekabr əməliyyatında tutulan iş adamı Əli Ağaoğlunu və bir çox digər şübhəlini də həbsdən buraxmışdı.
DİGƏR XƏBƏRLƏR