Bu gün Bakının Nərimanov rayonunda yerləşən Mont İnn hotelinin açılışı olub. Simsar.az xəbər verir ki, Ağa Nemətulla 48 ünvanında yerləşən hotelin açılışında 100-ə yaxın iş adamı və media nümayəndələri iştirak ediblər.
Hotelinin icraçısı Ramin Quliyev bildirib ki, bu açılışını etdiyimiz 2-ci hotelimizdir. “Yaxın dostların və böyüklərimizin məsləhəti ilə bu gündən insanlarımıza xidmət edəcək Mont İnn hoteli 4 ulduzludur. 6 mərtəbədən, 41 otaqdan ibarət hotelin konfrans zalı, fitnes zalı, restorantı və saunası var. Burda qiymətlər çox ucuz, xidmətin səviyyəsi isə yüksək olacaq. Çalışacağıq ki, qonaqlarımız daima bizdən razı qalsınlar”.
Açılışda iştirak edənlər hotelin restoranına dəvət ediliblər. Burda onlar üçün xüsusi nahar süfrəsi açılıb. Nahardan sonra isə qonaqlar hotelin xidmətləri və şəraiti ilə tanış olublar.
DİGƏR XƏBƏRLƏR