Beynəlxalq əlaqələrini genişləndirmək üçün bir sıra layihələr həyata keçirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi növbəti festivala hazırlaşır. Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alan kollektiv may ayının 5-də yola düşəcəkdir. Türkiyə, Rusiya Federasiyası, İran, Gürcüstan və dünyanın bir sıra ölkələrindən olan teatrların qatıldığı festivalda Dövlət Gənc Tamaşaçılar Teatrından dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Anar Səfiyev) bəhs edir.
Məlumat üçün bildirək ki, ötən il P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa sözügedən festivalda iştirak edərək mükafata layiq görülüb
Günel
DİGƏR XƏBƏRLƏR