Simsar.Az xəbər verir ki, tanınmış estrada ulduzu Roza Zərgərli Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi klip təqdimatından sonra Türkiyənin tanınmış rok qrupu "Pankart"ın solistləri ilə media mənsublarını görüşdürüb.
Qardaş ölkənin populyar sənətçiləri Rozanın repertuarında olan "Sənə əlvida" mahnısını "Oyuncak" adına çevirib, birgə layihə ərsəyə gətiriblər.
Faruk Şenel Kutluğhan, Kavukcu və Emre Karaca Türkiyənin "Dokuz-Sekiz" musiqi şirkəti ilə əməkdaşlıq edirlər. Rozanın bütün yaradıcılıq hüquqları Azərbaycanın "BEN production"dadır.
"Pankart" bundan öncə məşhur türk müğənnisi Hande Yenerin "Kırmızı" mahnısını dinləyicilərə təqdim edib.
R.Zərgərli ilə olan bu işbirlikləri qrupun ikinci böyük layihəsidir.
Məlumat üçün bildirərək ki, "Oyuncak" mahnısının klipi rejissor Elşən Babayev tərəfindən Azərbaycanın dilbər guşələrindən biri olan Şəkidə ekranlaşdırılacaq.
Simsar.Az sözügedən mahnını və təqdimat mərasimindən çəkilmiş fotoları oxucularına təqdim edir.
Şahin Cavadsoy
Simsar.Az
DİGƏR XƏBƏRLƏR