“Milan”nın futbolçusu Kaka klubunu dəyişə bilər.
Simsar.az xəbər verir ki, Kaka ilə yaxından maraqlanan İstanbul klubu istəyinə nail olmağa yaxındır. Belə ki, “Milan”la müqaviləsi davam edən Kakanın əgər komandası avrokuboklara vəsiqə əldə edə bilməsə, “Milan”ı tərk etmək hüququ var. “Milan” da cari mövsümdə İtaliya “A seriya”sını 8-ci yerdə tamamladığına görə avrokuboklara gedə bilməyəcək. “Beşiktaş”da məhz bu məqamdan isifadə edib ulduz futbolçunu İstanbula gətirmək istəyir. “Qara qartal” futbolçuya illik 5 milyon avro təklif etməyi də planlaşdırır.
DİGƏR XƏBƏRLƏR