AMEA Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, fəlsəfə doktoru Pərvanə Qaraxani, doktorant Arzu Hüseynova və Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Naibə Mehdiyeva Quba rayonunun Cek və Qaleyxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanmış herbari materiallarının təyinatı zamanı fərqli növ aşkarlayıblar. Simsar.az xəbər verir ki, alimlər bu növün təyinatı üçün müasir metodlardan istifadə ediblər. Bunun nəticəsində elm üçün Centauera cinsinə aid yeni növ müəyyən olunub. Artıq yeni növ Centaurea emilae Hüseynova et Qaraxani adı altında elmə daxil edilib.
Sankt-Peterburqun “Elm” nəşriyyatında növü təsdiq edən “Новый вид рода Centaurea (Asteraceae) из Азербайджана” başlıqlı məqalə dərc olunub.
DİGƏR XƏBƏRLƏR