İyunun 8-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərə buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 77 imtahan mərkəzi ayrılıb.
Simsar.az xəbər verir ki, bunu Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. İmtahanlar Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 31738, Sumqayıt şəhərində 4060, Abşeron rayonunda isə 2943 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 77 imtahan mərkəzi ayrılıb.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR