Minneapolis sakini internet vasitəsiylə məşhurların ruhlarını satır. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, “SoulsRUs” adlı internet-dükan artıq yarım ildir ki, fəaliyyət göstərir. Molli Qeyts adlı qadına aid dükanda hər bir “ruh” 15 dollara satılır. Ruhların satışı yalnız ABŞ-ın ərazisində həyata keçirilir və çatdırılma 5 dollardır. Qadının təklif etdiyi mal şüşə qaba yerləşdirilmiş parıltılı çəhrayı bir maddədir. Onun sözlərinə görə, sifarişlə istənilən ruh tutulub təhvil verilə bilər.
Ruhlar standart qiymətlə satılsa da , Castin Biberin ruhundan tez vaxtda canını qurtarmaq istəyən qadın onu yarı qiymətinə yəni, 7.5 dollara satıb. Dükan açılandan bəri o, Beyons, Opra Uinfri, Cenifer Lourens və Dreyk kimi məşhurların ruhunu sata bilib.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR